Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qiymətlərinin azalması fonunda smartfonların populyarlığı artır
“IDC” analitik şirkətinin proqnozuna əsasən, bu ildə qlobal smartfon satışlarının həcmi ilk dəfə olaraq 1 milyard həddini ötəcək və təqribən dörd il müddətində artım tendensiyası saxlanılacaq. Məlumatlara əsasən, 2012-ci illə müqayisədə cari ildə 39,3% səviyyəsində artım gözlənilir.
“IDC”-dən bildirilib ki, smartfonların populyarlığının artmasında əsas amillərdən biri funksional imkanlarının genişlənməsi ilə yanaşı, qiymətlərinin aşağı düşməsidir. Belə ki, bir ildə smartfonların orta qiyməti 12% azalaraq 337 dollar təşkil edib. Analitiklərin proqnozlarına görə, 2017-ci ilədək bu göstərici 265 dollaradək azalacaq. "Tədarük həcminin artmasına əsas səbəb qiymətlərin aşağı düşməsidir" – “IDC”-nin analitiki Ramon Lamas deyib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC”-nin proqnozuna əsasən, 2017-ci ilədək smartfon tədarüklərinin həcmi 1.7 milyarda çatacaq, illik orta artım sürəti isə 18,4% təşkil edəcək.
Emil Hüseynov
27/11/13 Çap et