Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT-nin Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təhlükəsizlik mədəniyyəti ilə bağlı tədbir keçirilir
Noyabr ayının 26 və 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) təşkilatçılığı ilə “GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə hökumət nümayəndələri, diplomatlar, alimlər, o cümlədən UETM mütəxəssisləri, GUAM ölkələrinin beynəlxalq və regional təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, tədbirin əsas məqsədi kimyəvi, bakterioloji, radioaktiv və nüvə silah risklərinin qarşısının alınması üzrə dövlət təhlükəsizlik sahəsində təcrübə mübadiləsidir.
“Dəyirmi masa” 2012-ci ilin aprel ayında Kiyevdə “Kütləvi qırğın və ikili təyinatlı silah istifadəsinin qarşısının alınması” mövzusunda keçirilmiş “dəyirmi masa”nın davamıdır. Tədbir tərksilah məsələləri üzrə beynəlxalq əməkdaşlıq sahəsində müsbət rol oynayacaq.
Həqiqət İSABALAYEVA
27/11/13 Çap et