Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkətində işçilər dözülməz əmək şəraitində çalışır?



Dünyanın nəhəng “Amazon” onlayn pərakəndə satış şirkətinin anbarlarda sifarişlərin emalı ilə məşğul olan 20 min əməkdaş çalışır. Böyük Britaniya jurnalistləri şirkətin anbarlarında araşdırma apararaq orada çalışanların əmək şəraitinin fiziki və əqli xəstəliklərə səbəb ola biləcəyini müəyyən ediblər.  

Belə ki, sifarişlərin emalı ilə məşğul olan hər bir əməkdaş böyük anbarın içində çox və sürətlə hərəkət etmək məcburiyyətində olaraq 33 saniyə ərzində sifarişi emal etməyə çalışır. Jurnalist Adam Litteler “Amazon” şirkətinə işə düzələrək iş prosesini çəkmək üçün içəriyə özü ilə gizlicə kamera keçirib.
 
İşə yeni qəbul olunan işçiyə hansı əşyaların yığılması tapşırılıb. Lazımi sifarişin tapılması üçün ona bir neçə saniyə vaxt verilib və o, bu vaxt ərzində sifarişi yerinə yetirə bilməyəndə, skaner bunu müəyyən edirmiş. “Biz burada sanki maşın, robotuq. Biz özümüz fikir söyləyə bilmərik. Bəlkə onlar bizə sadəcə olaraq inanmırlar və buna görə insanlar kimi düşünməyə imkan vermirlər”, - jurnalist qeyd edib.  

Bu ittihamlara cavab olaraq “Amazon” yoxlama aparıb və heç bir problem aşkarlamayıb. Şirkət ekspertləri bildiriblər ki, anbarlarda iş şəraiti digər sənaye müəssisələrindəki kimidir və fiziki və əqli xəstəliklərə səbəb olma ehtimalını artırmır.

Onlayn pərakəndə satış şirkətinin anbarlarında orta əməkhaqqı saatda 6,5 funt təşkil edir, lakin gecə növbəsində çalışan işçilər 8,25 funt əməkhaqqı alır. Gecə növbəsinin müddəti 10,5 saatdır.
Növbəni başa vuran əməkdaş jurnalistlərə gecə növbəsində olan zaman anbar daxilində 11 kilometr məsafə qət etməli olduğunu və bundan çox yorulduğunu bildirib.

“Amazon” nümayəndələri bəyan ediblər ki, əksər işçilər işdəki fiziki aktivlikdən həzz alır. Həmçinin bildirilib ki, əməkdaşlar üçün əmək normaları obyektiv şəkildə hazırlanaraq işçi qüvvəsinin məhsuldarlığının öyrənilməsinə əsaslanır, - “Vesti www.vesti.ru” yazır.   
 
 




27/11/13    Çap et