Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakutel” beynəlxalq sərgi və konfransı çərçivəsində Azərbaycan və İtaliya arasında birinci “B2B” forumu keçiriləcək
19-cu “Bakutel” beynəlxalq sərgi və konfransı çərçivəsində dekabrın 4-də saat 11:00-da Bakı Ekspo Mərkəzinin 3-cü zalının konfrans otağında Azərbaycan və İtaliya arasında birinci “B2B” (business-tobusiness) forumu keçiriləcək.
Azərbaycan-İtaliya Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən forumda biznes və investisiya mühiti barədə məlumatların verilməsi, hər iki ölkəni təmsil edən iş adamları tərəfindən müxtəlif təqdimatlar, qarşılıqlı müzakirə və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
27/11/13 Çap et