Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” sensor ekranla təchiz edilmiş ilk “Chromebook” noutbukunu təqdim edib
“Acer” şirkəti sensor ekranla təchiz edilmiş “Chromebook” xəttinin ilk modelini təqdim edib. “C720P” noutbuku 1366x768 təsvir ölçülü 11,6 düymlük LED ekran, “Intel Celeron 2955U” prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, noutbukun çəkisi 1,35 kq təşkil edir. Akkumulyatorun avtonom iş vaxtı 7,5 saatdır.
“C720P” portu, həmçinin “USB 3.0” və “2.0” portu, “HDMI” konnektoru və “SD” yaddaş kartları üçün slotla təchiz edilib.
Noutbuk dekabrın əvvəlində 229 dollar qiymətində satışa çıxarılacaq. Onu “Amazon”, “Best Buy” və “Acer” mağazalarından satın almaq mümkün olacaq.
Emil Hüseynov
27/11/13 Çap et