Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Usability”nin tətbiqi istiqamətində müvafiq işlərin görülməsinə başlayacaq


Bir həftədən sonra Rusiyada interaktiv sistemlərin insana yönəldilmiş planlaşdırması üzərində qurulan “Usability” ilə bağlı dövlət standartının tətbiqinə başlanılacaq. Sözügedən təcrübə hazırda dünyada geniş yayılıb. Azərbaycanda isə bu standart hələlik tətbiq edilmir. Məsələnin aktuallığını və “Usability”nin əhəmiyyətini nəzərə alan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə müvafiq işlərin görülməsinə başlayacaq. Bəs bu standart özündə nəyi ehtiva edir?
“Usability”
“Usability” - istifadəçinin iş prosesini asanlaşdıran və onun iş səriştəsinin artırılması məqsədilə hazırlanmış məhsul (proqram, sayt, xidmət sahəsi və s.)  deməkdir. Bunu dörd əsas tələb üzərində izah etmək olar.
  1. Səmərəlilik
  2. Təsirlilik
  3. Səhvə davamlılıq (error tolerant)
  4. Cəlbedicilik
  5. Öyrənimlilik (asanlıqla öyrənilən)
“Usability” – dizaynerin istifadəçi ilə bağlı təcrübəsini artırır.
İstifadəçi təcrübəsinin zəruri cəhətləri.
İstifadəçi Təcrübəsi istifadəçinin ehtiyacları, dəyərləri, bacarıqları, eləcə də bacarmadıqlarını əhatə edən istifadəçi haqqında ətraflı məlumatlar üzərində mərkəzləşmişdir. Həmçinin layihənin qrup şəklində idarəsinin məqsəd və vəzifələri də istifadəçi təcrübəsinə aiddir. İT-nin ən yaxşı cəhəti istifadəçinin təqdim edilən məhsul ilə (proqram, sayt, hər hansı bir xidmət sahəsi və s) qarşılıqlı əlaqəsinin və istifadəçi tərəfindən onun  hərtərəfli qavranılmasının keyfiyyətini inkişaf etdirməyi təmin etməkdir.
İstifadəçi təcrübəsinə təsir edən amillər.
İstifadəçi təcrübəsinin əsasını təqdim edilən məhsulun (sayt, xidmət və s) istifadəçi tərəfindən ətraflı dərkinin təmini təşkil edir. Peter Morville bunu belə izah edir (şəkil 1). O qeyd edir ki, məna kəsb edən və yararlı İstifadəçi Təcrübəsi (User Experience) üçün məlumat aşağıda qeyd edilən tələblərə uyğun olmalıdır:
Faydalı – məlumat öz ilkin formasında olmalı və ehtiyacı ödəməlidir.
Münasib – saytın istifadəsi asan olmalıdır.
Arzu olunan - Təəssürat oyatmaq və diqqət cəlb etmək üçün şəkil, fərdi məlumatlar, marka kimi dizayn elementlərindən istifadə edilməlidir.
Axtarışa yararlı – Məlumat sayt daxilində və saytdan kənar axtarışa yararlı olmalıdır.
Əlçatan – Məlumat istənilən şəxs tərəfindən əldə ediləcək formatda olmalıdır
Etibar edilən - İstifadəçi təqdim edilən məlumata inanmalı və etibar etməlidir.
 
 
 
 
 

şəkil 1
 
 
“Usability” sınağı istifadəçi ilə məhsulun (sayt, xidmət və s) və ya xidmətin keyfiyyətinin və tələblərə uyğunluğunun yoxlanılmasıdır. Adətən, sınaq ərzində iştirakçılar hər hansı tapşırığı tamamlamağa çalışır,  müşahidəçilər isə nəzarət edir, dinləyir və qeydlər edir. Bu sınağın məqsədi məhsulun yararlılığında hər hansı problem varsa, müəyyən etmək, keyfiyyət və kəmiyyət üzrə məlumatlar toplamaq və məhsulun iştirakçıya uyğunluğunu təyin etməkdir. Səmərəli “Usability” sınağı üçün əsaslı sınaq planı hazırlamaq, iştirakçı cəlb etmək eləcə də əldə edilən nəticələri təhlil etmək və nəticə üzrə hesabat hazırlamaq lazımdır.
“Usability” sınağının üstünlükləri
Bu sınaq dizayn və inkişaf etdirmə komandalarına kodlaşdırmadan əvvəl mövcud olan problemləri müəyyən etməyə şərait yaradır. İlkin problemlər müəyyən edilir və  aradan qaldırılır. Sınaq müddətində:
 
“Usability” - Məhsulun (proqram, sayt, xidmət sahəsi və s) əlverişli istifadəyə uyğunluğunun  qiymətləndirilməsidir.
“Usability” - təkcə məhsulun, sistemin və ya istifadəçi interfeysinin birölçülü xüsusiyyəti deyil, aşağıda qeyd edilən amillərin kombinasiyasıdır:
 




27/11/13    Çap et