Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib
“Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət elektron imza sertifikatının verilməsi üçün müraciətin elektron formada qəbul edilməsi və nəticəsi barədə istifadəçiyə məlumat verilməsini əhatə edir.
Xidmətdən yararlanmaq istəyən istifadəçi “Elektron hökumət” portalına daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir və ekranda açılan xüsusi ərizə formasına şəxsi məlumatları və əlaqə vasitələrini daxil edir. Tələb olunan məlumatların daxil edilməsi başa çatdıqdan sonra “Təhlükəsizlik kodunu daxil edin” sahəsinə ekranda görünən kodu qeyd edir.
Sifariş icra edildikdən sonra istifadəçi ilə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlanılır və elektron imza sertifikatını almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin Qeydiyyat Mərkəzinə dəvət olunur.
CAHANGİR
27/11/13 Çap et