Sensorlu noutbuklara tələbat azdır
Sensor displeylərlə təchiz edilən noutbuklara tələbat çox azdır. Belə ki, “NPD DisplaySearch” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin ilk 6 ayında bu cür qurğuların bütün qurğuların ümumi satış həcmində payı 7 faiz təşkil edib.
Analitiklərin hesabatı “Windows 8” əməliyyat sistemini “Modern” interfeysli sensor ekranlarla optimallaşdıraraq buraxan “Microsoft” korporasiyasını məyus edə bilər. Adi modellərlə müqayisədə 2012-ci ildə sensorlu qurğulara tələbat qiymətinin baha olması səbəbindən cüzi olub. Belə ki, adi noutbuk modellərinin qiyməti 400-550 dollar, sensorlu noutbukların 700 dollar təşkil edib.
“NPD”-nin baş analitiki Riçard Şimin sözlərinə görə, bu tendensiya indiyədək saxlanılır. Yüksək qiymət və noutbuklarda sensorlu displeylərin tətbiqinin əsaslı izahının olmaması onlara tələbatın artmasını yubadır.
Bununla belə, 2013-cü ilin sonunadək sensorlu noutbukların bazarda payının 11 faizədək, 2017-ci ilədək isə 40 faizədək artacağı gözlənilir. Şirkət nümayəndələri hesab edirlər ki, sensorlu displeylərlə müasir smartfonların, demək olar, hamısı təchiz edilir, odur ki, gec-tez bu texnologiya noutbuklarda da yer alacaq. Bundan başqa, “Intel” nazik ultrabuk istehsalçılarını məhsullarını bu növ displeylərlə təchiz etməyə məcbur edə bilər.
2013-cü ilin birinci yarısında daha çox sensorlu notbuk tədarük edən şirkətlər bunlardır: “ASUS” -1 milyon 650 min (payı 26,3 faiz), “Lenovo” (923 min), “Acer” (846), “HP” (581) və “Sony” (501), - “Vesti
www.vesti.ru” yazır.