Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” şirkəti “BBM Channels” sosial şəbəkəsini işə salır



Kanadanın “BlackBerry” şirkəti (eyni adlı mobil qurğular istehsalçısı) “BBM Channels” sosial şəbəkəsini və quraşdırlmış “BBM” messencerini işə salır. Şirkət bu məhsullar sayəsində smartfonlarının populyarlığını geri qaytarmaq niyyətindədir.     

Şirkətdəki böhran fonunda “BBM” servisi qiymətli məhsul hesab olunur. Servisin aylıq aktiv auditoriyası 80 milyon istifadəçini ötür. “BBM”-in əsasında sosial şəbəkənin istifadəyə verilməsi ilə bağlı qərar “BlackBerry”nin müvəqqəti baş direktoru Con Çenin şirkətdə başladığı yenidən təşkil şəraitində qəbul edilib. Sosial şəbəkənin məqsədi “BlackBerry” qurğularını korporativ qurğular kimi təqdim etməkdir.  


“Twitter” mikrobloqlar servisini xatırladacaq “BBM Channels” servisindən əvvəlcə yalnız  “BlackBerry” qurğularının istifadəçiləri yararlana biləcək. İstehsalçı sosial şəbəkəni şirkət və məşhur adamların öz müştəri və pərəstişkarları ilə ünsiyyəti üçün forum kimi qələmə verir.

Şirkət nümayəndələri bildirirlər ki, “BBM Channels” reklamın nümayiş olunmadığı pulsuz “BBM”-dən gəlir əldə etmək üçün əsas vasitə olacaq.
“Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün “BlackBerry Channels” versiyası yaxın aylarda təqdim olunacaq. Bir il əvvəl “BlackBerry” ayrı-ayrı ölkələrin bazarlarında “Android” və “iOS” üçün “BBM”-in versiyasını istifadəyə verib, - “Digit.www.digit.ru” yazır.  




28/11/13    Çap et