Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq elektron kommersiya və poçt mübadiləsi sahəsi üzrə seminar keçiriləcək




Kiyevdə dekabrın 3-4-də “Gömrük əməliyyatlarında və poçt təhlükəsizliyində müasir texnologiyalar və beynəlxalq elektron kommersiyada vasitəçi kimi çıxış edən bütün tərəfdaşların rolu” mövzusunda  seminar keçiriləcək 

 “ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, seminarda poçt təşkilatları, gömrük və aviaşirkətlər ilə poçt məlumatlarının mübadiləsi və burada beynəlxalq elektron kommersiya sahəsində vasitəçi kimi çıxış edən tərəfdaşların rolu müzakirə ediləcək.
 
Seminarda aviasiya və poçt təhlükəsizliyi sahəsində görülən işlər haqda, elektron ticarətin təhlükəsizliyinin təmin edilməsi üçün İT həllər, gömrük və aviasiya müəssisələri ilə və digər təşkilatlarla elektron məlumat mübadiləsi məsələləri müzakirə ediləcək.

Aynur Vəliyeva




28/11/13    Çap et