Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkətinin “Windows Phone” platforması ilə işləyən smartfon bazarında payı 90%-ə çatıb


“TechCrunch” bloqu yazıb ki, Finlandiyanın “Nokia” şirkətinin “Windows Phone” (WP) platforması ilə işləyən smartfon bazarında payı 90%-ə çatıb.

Nəşr yazır ki, hazırda “WP” ilə işləyən on qurğudan doqquzu “Nokia” tərəfindən istehsal edilir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, həmçinin məlum olub ki, “Windows Phone” platforması ilə işləyən mobil telefonların 75%-dən çoxu “Windows Phone 8” əməliyyat sistemi ilə işləyir.

Xatırladaq ki, “Nokia” dünən Sinqapurda “Lumia 525” smartfonunu təqdim edib. Aparat “Qualcomm Snapdragon” ikinüvəli prosessor, 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz olunub. Smartfon narıncı, ağ, sarı və qara rəngli korpuslarda təklif edilir.

Emil Hüseynov
 




28/11/13    Çap et