Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Caspian Telecom” “Bakutel 2013”-də yeni FTTH texnologiyasını təqdim edir


"Caspian Telecom" MMC Azərbaycan Respublikasında  İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkət 1997-ci ildə təsis olunub və artıq 16 ildir ki, bütün növ informasiya və kommunikasiya texnologiyaları xidmətləri təklif edir.
Korporativ şəbəkə operatoru və sistem inteqratoru kimi fəaliyyət göstərən şirkət "Ailə TV" və "Ailə NET" brendlərinin sahibidir və ölkəmizdə 19-cu dəfə keçiriləcək  "Bakutel 2013" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisində iştirak edir. "CaspianTelecom" şirkətinin uğurlu fəaliyyətinin əsas komponentlərindən biri Azərbaycanda ən sıx və genişzolaqlı fiber-optik şəbəkəyə malik olmasıdır. Şirkətin öz müstəqil əsas şəbəkəsi var, bu da müştərilərə daha səmərəli korporativ xidmət göstərməyə imkan verir. "Caspian Telecom" müştərilərin fiber-optik şəbəkəsini "sıfır"dan ən qısa zamanda qurur. Bundan əlavə şirkət ən son qabaqcıl FTTH texnologiyasını və ödənişsiz şəbəkə infrastrukturunun monitorinq xidmətini təqdim edir. Təqdim olunan yeniliklər haqqında daha ətraflı bizə "Caspian Telecom" şirkətinin direktor müavini Mahizər Tağıyeva danışdı.
 
 
 
 
 
 
 
 
 
 
 
Həqiqət İSABALAYEVA




28/11/13    Çap et