Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt trafikində spamın səviyyəsi yenidən artır


“Symantec” şirkətinin statistikasına əsasən, poçt trafikində spamın səviyyəsi artmağa davam edir. 2013-cü ilin oktyabrında onun həcmi 67,7% təşkil edib ki, bu da sentyabrla müqayisədə 1,3% çoxdur. Ən yüksək göstəricilər Şri-Lanka (81,2%), həmçinin təhsil sahəsində (68,8%) və kimyəvi əczaçılıq sənayesində (68,6%) qeydə alınıb.

Poçt spamının göndərilməsi üzrə ölkələrin reytinqinə ABŞ başçılıq edir: oktyabrda spam trafikinin 6,90%-i onun boynuna düşüb. Finlandiya bu göstəricidə ikinci yerdə qərarlaşıb. “Symantec”in məlumatına görə, oktyabrda spam mesajlarının 53%-i aparıcı 10 ölkənin payına düşüb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, spam mesajlarının tematikasında əczaçılıq (69,4%), porno sayt reklamları üstünlük təşkil edir.
Fişerlər daha çox Avstraliya sakinlərinə, həmçinin dövlət sektorunun nümayəndələrinə hücum ediblər. Fişinq mesajlarının əsas hissəsi ABŞ (31,84%), Almaniya (18,79%), Böyük Britaniya (16,22%) və Cənubi Afrika (15,23%) ərazisindən göndərilib.

Ekspertlər tərəfindən aşkar edilmiş fişinq saytlarının 50%-dən çoxu avtomatlaşdırılmış vasitələr tərəfindən yaradılıb.

Emil Hüseynov




28/11/13    Çap et