Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələr intim həyata mənfi təsir göstərir
Bu yaxınlarda keçirilmiş araşdırmalara əsasən, həftəlik insanların 10 saat vaxtını alan sosial şəbəkələr insanların intim həyatına təsir edir.
“Tech Radar” portalının məlumatına görə, Böyük Britaniyada keçirilmiş sorğuda 16-44 yaş kateqoriyasında təqribən 15 mindən çox insan iştirak edib. Məlum olub ki, qeyd edilmiş yaş kateqoriyasına məxsus insanlar orta hesabla ayda beş dəfə cinsi əlaqədə olurlar. Fiziologiya nöqteyi-nəzərindən bu göstərici çox azdır və araşdırma müəllifləri məhz “Ümumdünya Hörümçək Toru” və bütün sosial xidmətləri ittiham edirlər.
“ICTnews” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, müvafiq sorğu Böyük Britaniyada hər il keçirilir və 1999-dan 2001-ci ilədək müddətdə intim yaxınlıq tezliyi ayda altı dəfədən çox təşkil edib.
Hazırda mobil internet, smartfon və planşet kompüterləri şəbəkələrdə istənilən məkandan ünsiyyət saxlamağa icazə verir. Sözsüz ki, kimsə daima yazdıqda, həm də və müxtəlif ictimai səhifələr durmadan yeni informasiya yerləşdirdikdə hamısına cavab verənə və xəbərləri oxuyanadək gecə ötür və cinsi əlaqə yada belə düşmür.
Emil Hüseynov
28/11/13 Çap et