Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalılar dörd ay sonra yeni smartfonlarından bezirlər



 
“O2” şirkətinin yeni araşdırmasına əsasən, Böyük Britaniya sakinləri yeni smartfon modellərindən orta hesabla dörd ay ərzində bezirlər.

Rəyi soruşulanların təxminən 25%-i deyib ki, artıq bir aydan sonra smartfona maraq qalmır. Respondentlərin 33%-i bildirib ki, onlar həmişə yeni smartfon modelinə sahib olmaq istəyirlər.

“ICTnews” elektron xəbər xidməti “qazeta.ru” saytına istinadən bildirir ki,  araşdırma iştirakçılarının 60%-i deyib ki, onlar cari aparatlarının mükəmməl işləməsinə baxmayaraq, mobil telefonlarını dəyişdirməyə hazırdırlar.
Britaniyalılar orta hesabla hər iki ildən bir yeni smartfon satın alırlar.

Respondentlərin 20%-i yeni aparat satın almaq ehtiyacını KİV-in təsiri ilə əlaqələndirirlər. Rəyi soruşulanların 19%-i isə dostları yeni smartfon modelləri satın aldıqda paxıllıq edirlər.

Emil Hüseynov




28/11/13    Çap et