Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
10 dəqiqədə 150 min smartfon satılıb
Çinin "Xiaomi" şirkəti 10 dəqiqədə ani mesajlaşma xidməti vasitəsilə 150 min "Mi3" qabaqcıl smartfonu satıb. Bu haqda "Weibo" mikrobloqlar xidmətində brendin rəsmi hesabına istinadən "The Next Web" nəşri yazıb.
"Xiaomi" şirkətindən bildirilib ki, aksiya 9 dəqiqə 55 saniyə davam edib. Smartfonların satışı istehsalçının tərəfdaşı "WeChat" tətbiqinin köməyi ilə həyata keçirilib.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, hazırda şirkətin məhsulunu yalnız Çin və Tayvandan satın almaq olar. "Xiaomi" şirkəti 2014-cü ildə daha beş xarici bazara çıxmaq imkanını nəzərdə tutub.
Emil Hüseynov
29/11/13 Çap et