Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Firefox OS” platforması ilə işləyən smartfonlar Serbiya, Macarıstan və Yunanıstanda satışa çıxarılacaq
“Firefox OS” əməliyyat sistemi ilə işləyən “Alcatel One Touch” smartfonları daha dörd ölkədə (Serbiya, Çernoqoriya, Macarıstan və Yunanıstan) satışa çıxarılacaq.
Beləliklə, “Mozilla” şirkətinin əməliyyat sistemi ilə işləyən qurğuların satıldığı dövlətlərin sayı 13-ə çatıb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Firefox OS” platforması ilə işləyən “Alcatel One Touch” smartfonunun satışları ilə məşğul olan “Telenor” operatoru deyib ki, 2014-cü ildə bu aparatlar Asiyada da satışa çıxarılacaq, lakin bu regionda konkret ölkələrin adı açıqlanmayıb.
“Firefox OS” ilə işləyən mobil qurğular oktyabrda Meksika, Peru, Uruqvay və Braziliyada satışa çıxarılacaq. O, həmçinin İspaniya, Kolumbiya, Venesuela, Polşa və Almaniya kimi ölkələrdə əlçatan olub.
Emil Hüseynov
29/11/13 Çap et