Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” pariklərə kamera və “GPS” quraşdıracaq
"Bloomberg" nəşri yazır ki, "Sony" şirkəti ABŞ Patent Bürosuna "ağıllı parik" (SmartWig) ilə bağlı patent müraciəti göndərib. Bu aksesuar daşınan kompüterlər sinfinə aiddir, "ağıllı saat" və "ağıllı eynək" kimi işləyir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, parikə "GPS", kamera, vibrasiya mühərriki, "Bluetooth" və "Wi-Fi" modulları, nəbz, təzyiq datçikləri və başqa komponentlər quraşdırıla bilər. Parik məlumat mübadiləsi üçün mobil qurğuya qoşula bilər.
Patent müraciətində qeyd edilib ki, "SmartWig" adi parikə oxşayır. Ona quraşdırılmış elektronika gizlədilib.
"Sony" şirkəti patent müraciətində qeyd edib ki, parik başqa daşınan qurğulardan onunla fərqlənir ki, onu idarə etmək daha rahatdır, həmçinin o, təbii görsənir və diqqət cəlb etmir.
Hazırda şirkətlərin əksəriyyəti daşınan qurğular üzərində işləyir. Layihələrin əksəriyyəti mobil aparata qoşulan "ağıllı" saatlarla bağlıdır.
Emil Hüseynov
29/11/13 Çap et