Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung“un marketinq xərcləri İslandiyanın ÜDM-dən yüksəkdir
“Samsung” korporasiyası bazarda brendinin tanınması üçün əlindən gələni edir. Lakin reklama yatırılan pul heç də həmişə arzuolunan nəticəni vermir.
"Röyters" agentliyinin yaydığı məlumata əsasən, 2013-cü ilin yekununa görə, “Samsung” marketinq və reklam sahəsinə təxminən 14 milyard dollar xərcləyəcək ki, bu da İslandiyanın ÜDM-dən çoxdur. Lakin bu göstərici Cənubi Koreya korporasiyasının bazar qiyməti (227 milyard dollar) fonunda aşağı görünür.
Müqayisə üçün, “Apple” şirkəti öz brendinin irəliləyişinə daha az investisiya yatırır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, “Samsung”un reklam və marketinq büdcəsi illik gəlirin təxminən 5,4%-ni təşkil edir ki, bu da dünyada ən yüksək göstəricidir. Müqayisə üçün, “Apple” gəlirinin 0,6%-ni reklam ehtiyaclarına ayırır.
“Interbrand” agentliyinin Koreya nümayəndəliyinin direktoru Mun Ci Xunun fikrincə, “Samsung”un brendində dərhal gözəçarpacaq fərqləndirici xüsusiyyət yoxdur, buna görə də marketinqə yatırım bu korporasiya üçün ən yaxşı strategiyadır.
Emil Hüseynov
29/11/13 Çap et