Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
Şimali Koreya müxtəlif ölkələrin müxtəlif şöbələrinə kiberhücum həyata keçirə bilən peşəkar hakerlər hazırlamağa qərar verib. Belə ki, ölkə hakimiyyəti ən yaxşı proqramçılarını xarici universitetlərə təhsil almağa göndərir. Ehtimal olunur ki, həmin təhsil müəssisələrində hakerliyin ən yeni metodları öyrədilir. Bu barədə jurnalistlərə Şimali Koreya hakerlərindən biri danışıb. Onun sözlərinə görə, 8 il əvvəl kiberhücum həyata keçirən bölmədə təxminən 500 insan işləyib. İndi onların sayı təxminən 3 min nəfərə qədər artıb.
Məlumat üçün bildirək ki, bu ölkədə hər il 120 "diplomlu haker" yetişdirən şəxsi təhsil müəssisəsi var. Həmin təhsil müəssisəsini yüksək nəticələrlə bitirən hakerlər xaricə ixtisasartırma kurslarına göndərilir. Bütün hakerlərə dövlət Pxenyanda ailəsi ilə birlikdə yaşamaq və ölkə üzrə sabit və yüksək gəlir almaq imkanını yaradıb.
Bununla belə, mütəxəssislər hesab edir ki, hələ ki şimali koreyalı kibercinayətkarların Çin kolleqalarına çatmasına var.
Məlumat üçün bildirək ki, dünən “Google” jurnalistlərin, həmçinin Amerika və Çin məmurlarının Gmail hesablarına qeyri-qanuni giriş əldə etmələri ilə əlaqədar Çin Xalq Respublikasını ittiham edib.
03/06/11 Çap et