Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzeriCard” “Unipos” proqram təminatının ən son versiyasının istismarına başlayıb
Azərbaycanın ilk prosessinq mərkəzi “AzeriCard” yeni proqram təminatının istismarına başlayıb.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “INPAS” şirkətinin “Unipos” proqram təminatının ən son 1.1.0.004 versiyasını tamamilə testləşdirərək istifadəyə verilib.
Həmin versiyada qrafik interfeys və sensor ekran kimi funksiyaların dəstəklənməsi təmin olunub. Mövcud olan terminallarda proqram təminatının yenilənməsi prosesi kənardan avtomatik rejimdə həyata keçirilə bilər.
Aynur Vəliyeva
29/11/13 Çap et