Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Syme” sosial şəbəkəsi bütün məlumatları şifrləyir


Yeni “Syme” sosial şəbəkəsi bütün istifadəçilərin məlumatlarını şifrləyir. Resurs  Corc Oruellanın “1984” kitabının personajlarından birinin şərəfinə adlandırılıb.

Məsələn, status yenilənməsi, fotoşəkil və fayllar şifrlənir. Bu məlumatları yalnız dəvətdən sonra görmək olar. Kanada serverlərində yerləşmiş “Syme” sosial şəbəkəsindən iddia edilir ki, bu məlumatları görmək mümkündür.

Nəşr qeyd edir ki, yeni layihə dizaynına görə “Google+” və “Facebook” sosial şəbəkələrini xatırladır.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Syme” sosial şəbəkəsi hazırda “Google Chrome” brauzerində əlçatandır. “Firefox” və “Safari” üçün versiyalar, həmçinin “iOS” və “Android” üçün tətbiqlər hazırlanmaqdadır.

Emil Hüseynov
 
 
 
 




30/11/13    Çap et