Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə britaniyalılar “Yahoo!” sistemində “kral ailəsinin körpəsi” və “iPhone” sözlərini daha çox axtarıblar


“The Telegraph” nəşri yazır ki, 2013-cü ildə britaniyalı istifadəçilər “Yahoo!” axtarış sistemində "kral ailəsinin körpəsi" ifadəsini daha çox axtarıblar. İkinci yerdə “iPhone”, üçüncüdə isə "Arsenal" futbol klubu.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, dördüncü yerdə “Kindle” bukrideri qərarlaşıb. "Liverpul" futbol klubu beşinci olub.

Bundan başqa, "evlərin qiyməti", "futbol transferləri", One Direction, iPad və "Mançester Yunayted" sözləri populyar sorğular olub.

Həmçinin “Google+” səhifəsində yazılıb ki, 2013-cü ilin oktyabrından “Thanksgivukkah” axtarış sorğusu çox populyarlaşıb.

Emil Hüseynov
 




30/11/13    Çap et