Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakutel-2013” sərgi-konfransında “Azərkosmos” ASC yeni stend dizaynı ilə iştirak edəcək
Bu il dekabrın 2-5 tarixlərində Azərbaycan paytaxtında keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında “Azərkosmos” ASC yeni stend dizaynı ilə iştirak edəcək.
Bu barədə “ICTnews” xəbər xidmətinə “Azərkosmos” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, şirkətin builki stendində sərginin iştirakçılarına Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” peykinin göstərdiyi telekommunikasiya və yayım xidmətlərinə dair məlumatlar, eləcə də gələcək peyk layihəsi olan aşağıorbitli Yerin məsafədən zondlanması peykinə həsr olunmuş guşə təqdim olunacaq.
Həmçinin “Bakutel-2013” çərçivəsində təşkil ediləcək Azərbaycan-ABŞ İKT biznes forumunun işinə “Azərkosmos” ASC-nin də qatılması nəzərdə tutulur.
SEYMUR
30/11/13 Çap et