“Geeksphone” şirkəti "Android” və “Firefox OS” sistemlərini bir smartfonda birləşdirib
“Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istehsalı ilə məşğul olan İspaniyanın “Geeksphone” şirkəti “Revolution” adlı yeni smartfon modelini nümayiş etdirib. Smartfon yüksək məhsuldarlığa malik prosessorla təchiz edilib, eləcə də "Android” əməliyyat sistemi ilə yüklənə bilir.
Şirkət qurğunun dizaynı, tədarük tarixi, qiyməti haqqında məlumatları açıqlamayıb. “Biz əminik ki, qurğunun sürəti hamını təəccübləndirəcək və qiymət çox rəqabətqabiliyyətli olacaq”, - şirkətin həmtəsisçisi Havyer Aquera bildirib.
“Geeksphone” nümayəndələri həmçinin əlavə ediblər ki, “Peak” smartfonundan sonra buraxılması nəzərdə tutulan “Peak+” modeli ilə bağlı planlar ləğv olunur. Qiyməti 203 dollar təşkil edən yeni qurğuya əvvəlcədən sifarişlər verən alıcılar pullarını geri ala və ya “Revolution” smartfonunu əlavə pul ödəmədən əldə edə bilərlər.
Gözlənildiyinə görə, “Revolution” “Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən güclü qurğu olacaq. Cari ilin aprelindən “Geeksphone” iki model təqdim edib. Bunlar “Keon” (3,5 düymlü ekran, 1 giqahersli Snapdragon S1çipi, 4 giqabaytlıq fləş-yaddaş, 3 meqapikselli kamera) və “Peak” (4,3 düymlü qHD-displey, 2 nüvəli çip, 8 meqapikselli kamera, 4 giqabaytlıq operativ yaddaş) modelləridir.
Bu günlərdə “Firefox OS” sistemli qurğuların satışı ilə bağlı planlarını Asiya və Şərqi Avropa bazarında iştirak edən Norveçin “Telenor” operatoru açıqlayıb. Operator bu qurğuları Serbiya, Macarıstan və Monteneqro bazarlarında satmağı düşünür.
Qeyd edək ki, “Firefox OS” “Mozilla” şirkəti tərəfindən hazırlanan mobil əməliyyat sistemidir. Sistem “HTML”, “CSS” və “JavaScript” açıq standartlarına əsaslanır ki, bu da ona əksər veb-əlavələrlə uyğunluğa imkan verir, - “Vesti
www.vesti.ru” yazır.