Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın internet cəmiyyəti ölkə haqqında məlumatın təhrif olunması ilə mübarizədə fəallaşmalıdır


Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi "Google" şirtkətinə resursda yerləşdirilən, komitə tərəfindən hazırlanan xəritələrdə ölkə ərazisində coğrafi obyektlərin adlarının təhrif olunması ilə bağlı etiraz məktubu ilə müraciət etmək niyyətindədir. Bu barədə komitənin Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin rəhbəri Rafiq Hüseynli deyib.
"Biz artıq belə müraciətləri ilin əvvəlində "Google" və "Microsoft"a göndərmişik. Bundan sonra bəzi dəyişikliklər edilib. Bununla belə, bu xəritələrdə hələ də səhvlər var və yaxın günlərdə biz etiraz məktubu göndərəcəyik. Müraciət demək olar hazırdır", - Hüseynli əlavə edib. Onun sözlərinə görə, bu məsələdə problem xəritələrin redaktəsini edə biləcək alətin olmamasıdır. "Biz yalnız şirkətə, ölkənin Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinə məktub göndərə bilərik", - Hüseynli vurğulayıb. Hüseynli Azərbaycanın internet ictimaiyyətini bu məsələdə fəal iştiraka səsləyib.




13/08/11    Çap et