Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda müəyyən radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş keçiriləcək
Bakıda dekabrın 3-də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə tənzimləyicilərinin radiotezliklərin istifadəsini tənzimləyən strukturların rəhbərləri üçün yüksəksəviyyəli görüş keçiriləcək.
Tədbir çərçivəsində 694-790 MHz radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi məsələləri müzakirə ediləcək.
İclasın proqramına qeyd edilən tezlik zolaqlarının hazırkı və gələcək istifadəsi məsələləri, RRB və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məsələsi müzakirəsi daxildir.
İstehsalçı şirkətlər internetə genişzolaqlı simsiz çıxış avadanlıqları istehsalının təşkili və onların 694-790 MHz radiotezlik zolaqlarında əsas fəaliyyətləri barədə məlumat təqdim edəcəklər.
02/12/13 Çap et