Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kişilər smartfonlarla öz fotoşəkillərini daha çox çəkirlər
“Samsung” korporasiyasının sifarişi üzrə Böyük Britaniyada keçirilmiş tədqiqatlara istinadən “Daily Mail” nəşri yazır ki, kişilər qadınlarla müqayisədə smartfonla daha çox fotoşəkil çəkdirirlər və həmin şəkilləri sosial şəbəkələrdə yerləşdirirlər.
“ICTnews” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, psixoloqların fikrincə, “selfie” (öz fotoşəkillərin) kişilər üçün "təhlükəsiz şöhrətpərəstlik forması"dır. Britaniyalılar arasında keçirilmiş sorğuya əsasən, kişilər qadınlarla müqayisədə öz smartfonlarının kameralarının köməyi ilə daha çox fotoşəkil çəkdirirlər.
Bundan başqa, araşdırma zamanı məlum olub ki, respondentlərin 52%-i öz fotoşəkillərini çəkən kimi dərhal sosial şəbəkəyə yerləşdirirlər.
“HTC” şirkətinin bu yaxınlarda keçirilmiş sorğusuna əsasən, britaniyalılar aylıq sosial şəbəkələrdə təxminən 35 milyon “selfie” fotoşəkil dərc edirlər.
Qeyd edək ki, “selfie” sözü Oksford lüğətini tərtib edənlərin versiyasına görə 2013-cü ilin sözü elan edilib.
Emil Hüseynov
02/12/13 Çap et