Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 22 mini ötüb
“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən “Xalq kompüteri” layihəsinə əhali tərəfindən böyük maraq göstərilir.
“ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda bu layihə çərçivəsində əldə olunan kompüterlərin sayı 22 522 ədədə çatıb.
“Xalq kompüteri” layihəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
Sözügedən layihə çərçivəsində təqdim olunan kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.
CAHANGİR
02/12/13 Çap et