Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows” əməliyyat sistemləri bazarında artım qeydə alınıb
“Net Applications” statistika xidmətinin 2013-cü ilin noyabr ayına olan məlumatına əsasən, “Windows 8” və “Windows 8.1” platformalarının əməliyyat sistemləri bazarında ümumi payı 9,3% təşkil edib ki, bu da ötən ayla müqayisədə cəmisi 0,05% azdır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows 7” əməliyyat sisteminin bazar payı 46,42%-dən 46,64%-dək artıb.
“Windows Vista” platforması tədricən əfsanəyə çevrilir. Noyabrda bu ƏS-in bazarda mövcudluq göstəricisi daha 0,06% azalaraq 3,57% olub. “Windows XP” sistemi noyabrda yalnız 0,02% pay itirib və əvvəlki kimi əməliyyat sistemləri bazarının 31%-dən çoxuna sahiblənib.
Ötən ay “Microsoft”un əməliyyat sistemlərinin ümumi payı 90,88% olub ki, bu da oktyabr ayı ilə müqayisədə 0,22% çoxdur.
Emil Hüseynov
02/12/13 Çap et