Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

" Genişzolaqlı İnternetin İnkişafı üzrə Fəaliyyət Proqram"ı Nazirlər Kabinetinə təqdim ediləcək


"2011-2013-cü illər üçün Genişzolaqlı İnternetin İnkişaf üzrə Fəaliyyət Proqram " ı baxılmaq üçün Azərbaycan Nazirlər kabinetinə təqdim ediləcək. Hazırda nazirlik səviyyəsində sənədin sonuncu versiyasının razılaşdırılması üzrə işlər aparılır. Proqramın  qəbul edilməsi respublikanın bütün ərazisində genişzolaqlı qoşulmaların sayını xeyli artırmağa imkan verəcək. Fəaliyyət Proqramında  həm infrastrukturun, həm də bilavasitə internet  provayderlərinin regionlara çıxışına lazımi şəraitin yaradılması üçün  təkliflər əks olunub.
Proqramda göstərilən mühüm aspektlərdən biri də simsiz Wi-Fi şəbəkəsinin paytaxtda inkişaf etdirilməsi, infrastrukturunun genişləndirilməsi və bu texnologiyanın bazası əsasında internet şəbəkəsindən pulsuz istifadə üçün xidmətlərin göstərilməsidir. "Genişzolaqlı İnternetin İnkişaf üzrə Fəaliyyət Proqram " ı internet bazarın genişlənməsinə, respublikanın bütün ərazisi üzrə evdən qoşulmaların sayının artırılmasına yönəlib. Onun inkişafı internet tariflərinə də təsir edəcək. Tariflər tədricən aşağı salınacaq. Fəaliyyət Proqramı perspektivdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcək.




13/08/11    Çap et