Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən yaxşı parollar kürən qadınlar tərəfindən düşünülür


Ən yaxşı parollar kürən qadınlar, ən zəif parollar isə saqqallı kişilər tərəfindən düşünülür. Təhlükəsizlik üzrə ekspert Per Torşeym deyib ki, sayt və internet xidmətlərindən ələ keçirilmiş parollara əsaslanmış tədqiqat materiallarından çıxan nəticə məhz belədir.

Həmçinin iddia olunur ki, qadınlar daha uzun, kişilər isə daha çox müxtəlif parollar seçirlər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Torşeym deyib ki, ən yaxşı parol istifadəçi ilə az bağlı və ya heç bağlı olmayan fraza və simvollar kombinasiyasıdır. Bununla belə, insanlar əvvəlki tək parol qismində ad günü, qardaş, bacı, uşaq və ya ev heyvanlarının adlarını seçirlər.

Emil Hüseynov




03/12/13    Çap et