Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” televizor istehsalı üzrə zavodlarından birini bağlayır



Yaponiyanın “Toshiba” şirkəti Çində yerləşən “Dalian Toshiba Television” (DLTV) müəssisəsində maye-kristal televizorların istehsalının dayandırılmasını elan edib. Zavod 2013-cü ilin dekabrın sonunadək fəaliyyətini tam dayandıracaq.    
“DLTV”-nin bağlanması ilə qərar şirkətdə videotexnikanın buraxılışı üzrə biznesin gəlir səviyyəsinə qaytarılmasına yönələn islahatların aparılması ilə əlaqədar qəbul edilib. 1996-cı ildə yaradılan müəssisə orta və böyük ölçülü maye-kristal televizorların istehsalında ixtisaslaşıb və burada 900 əməkdaş çalışır.

“Toshiba” nümayəndələri onu da bildiriblər ki, “DLTV”-nin Yaponiya bazarı üçün buraxdığı televizorları bundan sonra onun müqavilə əsasında fəaliyyət göstərən tərəfdaşları (ODM) istehsal edəcək. Bundan başqa, Çin bazarı üçün nəzərdə tutulan qurğuların buraxılışı üçün “Toshiba” yerli istehsalçıları cəlb etməyi planlaşdırır.

Şirkət televizor istehsalını kənar istehsalçılara verməklə xərcləri azaldacağına və işin effektivliyini artıracağına ümid edir. Aparılan islahatlar çərçivəsində Yaponiya istehsalçısı bu yaxınlarda Polşada yerləşən maye-kristal televizorların istehsalı üzrə müəssisəni Tayvanın “Compal” şirkətinə verib.


“DLTV”-nin fəaliyyətinin dayandırılması həyata keçirilən proqramın sonuncu mərhələsidir, - "DailyComm www.dailycomm.ru” yazır. 




03/12/13    Çap et