Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Akamai” “Prolexic” şirkətini 370 milyon dollara satın alıb


Məzmun operatoru üzrə dünyanın ən böyük şəbəkə operatoru “Akamai Technologies” şirkəti “DDOS” hücumlardan müdafiə həlləri tədarükçüsü “Prolexic Technologies” şirkətini 370 milyon dollara satın alıb. “Akamai” şirkəti hazırda 87 ölkənin 137000 serverinin daxil olduğu ən böyük CDN şəbəkəni idarə edir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Akamai” şirkəti hazırda müştərilərə veb-sayt və tətbiqləri müxtəlif növ təhdiddən, həmçinin “DDOS” hücumlardan müdafiə edən xidmətləri təklif edir. Lakin satın alınmış “Prolexic” şirkəti şəbəkə korporativ məzmunun şəbəkə hücumları səviyyəsində müdafiəsi üzrə ixtisaslaşıb və bu, daha effektiv üsuldur.

Emil Hüseynov
 
 




03/12/13    Çap et