Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurası fondun vəsaitlərini yerləşdirəcək müvəkkil bankları müəyyən edib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda müvəkkil kredit təşkilatlarının və bankların seçilməsi məsələsi və banklarla bağlanılan nümunəvi müqavilədə dəyişikliklərin təsdiqlənməsidir.
“Nümunəvi müqavilədə texniki dəyişiklik edilib. Bu dəyişiklik fondun kreditlərinə görə müvəkkil kredit təşkilatları tərəfindən fonda ödənilməli olan illik faiz dərəcəsinin 1 faiz müəyyən edilməsinin konkret müqavilədə göstərilməsi ilə bağlıdır”, - deyə E. Vəlizadə bildirib.
İclasda “DəmirBank”, “Bank Respublika”, “Rabitəbank”, “PaşaBank” fondun müvəkkil kredit təşkilatı kimi təsdiq edilib.
“Bank seçiminə biz çox ciddi yanaşırıq və seçdiyimiz banklar ölkədə fəaliyyət göstərən aparıcı banklar onluğuna daxildirlər və əsas seçim meyarı kimi bankın şəffaflığı, kredit siyasətlərinin sistemli və düzgünlüyü və İT sahəsinə marağının olması olub. Gələcəkdə biz müvəkkil bankların sayını artırmaq niyyətindəyik, lakin biz onların sayının 10-dan çox olmasının tərəfdarı deyilik, çünki təcrübə göstərib ki, bir çox banklar bundan sui-istifadə edirlər və bu sahə ilə ciddi işləyə bilmirlər, aylıq ödənişləri vaxtlı-vaxtında ödəməkdə çətinlik çəkə bilərlər “,- deyə fondun rəhbəri Elçin Zeynalov bildirib.
Aynur Vəliyeva
03/12/13 Çap et