Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dilmanc” layihəsi “Bakutel 2013” sərgisində mobil telefonlar üçün yeni sistem nümayiş etdirir
Dekabr ayının 2-də işə başlamış “BakuTel-2013” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində “Dilmanc” layihəsi də yeni texnologiyalarını nümayiş etdirir.
“Dilmanc”dan verilən məlumata görə, layihə çərçivəsində mobil telefonlar üçün həm yazılı mətnləri və həm də şifahi nitqi nitqə tərcümə edən yeni sistem nümayiş etdirilir. Bu sistem eyni zamanda lüğət kimi də istifadə edilə bilər. Sistem Azərbaycan dilindən rus və ingilis dilinə və əksinə tərcümə etməyə imkan verir. Sərgi müddətində stendə müraciət edən bütün sərgi iştirakçılarının mobil telefonlarına bu sistem tamamilə pulsuz olaraq yüklənəcək.
Qeyd edək ki, “Dilmanc” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin elmi rəhbəri akademik Əli Abbasovdur. Layihə çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyalar hazırlanır. İndiyə qədər maşın tərcüməsi, nitqin yazıya çevrilməsi, mətnlərin sələndirilməsi, görmə məhdudiyyəti olanlar kompüter, mobil telefonlar üçün tərcümə və s. sistemlər hazırlanaraq istifadəçilərin ixtiyarına verilib.
CAHANGİR
03/12/13 Çap et