Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlərin təxminən 41%-i informasiya təhlükəsizliyinə xərcləri artırmağı planlaşdırır


Təhlükəsizlik məsələsi həmişə şirkətlərdə işləyən İT mütəxəssisləri narahat edib. KİV-də məlumat itkisi və müdaxilələrlə bağlı dərc edilən çoxsaylı xəbərlərdən sonra kompüter sistemlərinin mühafizəsi təşkilatların işində daha vacib aspektə çevrilib. Müxtəlif ölkələrin firmalarını təmsil edən 244 respondent arasında sorğu keçirmiş “Tech Pro Research” şirkətinin analitikləri bu nəticəyə gəliblər.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, rəyi soruşulanların 41%-nin sözlərinə görə, 2014-cü ildə şirkətlərin informasiya təhlükəsizliyinin təmininə yönəlmiş İT büdcənin həcmini artırmaq planlaşdırılır. Bu il firmaların yalnız 16%-i belə investisiyaları artırıb, halbuki  onların 11%-i gələn il büdcəni azaltmağa hazırlaşır.

Respondentlərin təxminən 66%-i etiraf edib ki, mətbuatda kompüter şəbəkələrinə müdaxilə və məlumatların ələ keçirilməsi haqqında xəbərlər daha çox yayımlanmağa başladıqdan sonra informasiya təhlükəsizliyi məsələlərinə daha çox diqqət ayırmağa başlayıblar.

Lakin yalnız 1000-dən çox əməkdaşı olan böyük şirkətlər İT təhlükəsizlik məsələlərinə nəzarəti yaxşılaşdırmaq niyyətindədir. Ekspertlər deyiblər ki, kiçik firmalar bu məsələyə az maraq göstərirlər.

“Canalys” analitik agentliyinin proqnozlarına əsasən, 2017-ci ilədək informasiya təhlükəsizliyinin təmini üçün qlobal həllər bazarının həcmi ildə orta hesabla 7% artacaq.

Emil Hüseynov




04/12/13    Çap et