Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni virus tipi parolları səs vasitəsilə ötürür
Fraunhofer İnstitutunun almaniyalı alimlərinin hazırladıqları zərərli proqram prototipi insan tərəfindən eşidilməyən səs siqnallarının köməyi ilə virusa yoluxmuş kompüterdən klavişlərin sıxılmasını və başqa məxfi informasiyanı gizli ötürə bilər. Belə ki, məlumatların ötürülməsi yüksək tezliklərdə baş verdiyindən fərdi kompüterin internetə qoşulması heç də vacib deyil.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yalnız daxili mikrofon və dinamiklərdən istifadə edən tədqiqatçılar bir noutbukdan təxminən 20 metr məsafədə yerləşən başqasına parolları ötürməyə müvəffəq olublar. Nəzəriyyəyə əsasən məsafə böyük ola bilər.
Bu cür metodla cinayətkarlar sənaye müəssisələrindən əhəmiyyətli məlumatları ələ keçirə bilər. Lakin bu metodu işə salmaq üçün öncə hər hansı yolla troyanı fərdi kompüterə quraşdırmaq lazımdır.
Emil Hüseynov
04/12/13 Çap et