“BenQ” şirkəti smartfonlar bazarına “A3” və “F3” modelləri ilə qayıdıb
“BenQ” şirkəti smartfonlar bazarına qayıdaraq “A3” və “F3” modellərini təqdim edib. Hər iki qurğu 1,2 giqahers takt tezlikli dördnüvəli prosessorla təchiz olunub. “F3” modeli “MediaTek MT6589”, “A3” “Snapdragon MSM8225Q” çipinə malikdir.
Smartfonlar 960×540 piksel təsvir ölçülü 4,5 düymlük displey, 1 giqabaytlıq operativ və 4 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” kartı üçün çıxış, 2 meqapikselli ön kamera və tutumuna görə bir-birinə oxşar olan batareya (F3-də 2100 milli amper saat, A3-də 2000 milli amper saat tutumlu batareya) ilə təchiz edilib.
“BenQ” smartfonları əsasən kameraları ilə seçilir (modellər müvafiq olaraq 13 və 8 meqapikselli kameraya malikdir). “F3”-də əməliyyat sistemi qismində “Android 4.2.2”, ikinci qurğuda “Android 4.1.2” sistemi quraşdırılıb.
“BenQ F3”-in qiyməti 270 dollar, “BenQ A3”-ün 200 dollar təşkil edəcək. Bu smartfonların beynəlxalq bazara çıxarılacağı məlum deyil, - “Onliner
www.onliner.by” yazır.