İşəgötürənlərin 3/1 hissəsi internetdə əməkdaşlarını izləyir
“Zecurion Analytics” şirkəti informasiya təhlükəsizliyi və informasiya texnologiyaları xidmətlərinin mütəxəssis və rəhbərləri, eləcə də top-menecerləri arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, şirkətlərin 30 faizinin sosial şəbəkələr və elektron poçt vasitəsilə əməkdaşlarını izləməsi müəyyən olunub.
“Zecurion DLP Roadshow” proqramı çərçivəsində aparılan tədqiqatda 1200-dən çox şirkət nümayəndəsi iştirak edib. Respondentlərin 48,2 faizi “VKontakte”, “Facebook”, “Odnoklassniki” sosial şəbəkələrində əməkdaşlarının fəaliyyətini, 67,8 faizi isə elektron poçtlarını izləməsini etiraf edib. Üçüncü yerdə internet messenceri (31,3 faiz) qərarlaşıb. Təhlükəsizlik üzrə mütəxəssislərin 8,8 faizi bildirib ki, onların çalışdıqları şirkətlərdə printerlər də nəzarət altındadır.
“Roadshow” iştirakçıları əmindirlər ki, kağız daşıyıcıları vasitəsilə böyük həcmli informasiyanı itirmək çox çətindir. Buna baxmayaraq statistikaya əsasən, informasiya sızması hallarının 10 faizi məhz printerlər vasitəsilə həyata keçirilir.
Şirkətlər tərəfindən əməkdaşların nəzarət altında saxlanılması onunla əlaqədardır ki, tədqiqatın nəticələrinə görə, rəyi soruşulan şirkət nümayəndələrinin təxminən 90 faizi mütəmadi olaraq məlumat sızmasından əziyyət çəkir. Respondentlər üçün əməkdaş və səhmdarların fərdi məlumatları (74,3 faiz), müştəri siyahıları, tədarükçülər və digər məlumatlar (70,2 faiz), eləcə də müştərilərin fərdi məlumatları (69,2 faiz) daha əhəmiyyətli hesab edilir.
İnformasiya sızması ilə bağlı qeyri-qənaətbəxş statistikaya (90 faiz) baxmayaraq əksər təşkilatlarda informasiya təhlükəsizliyi xidməti şirkətin informasiya aktivlərinin dəyərinin artması sayəsində tədricən yaxşılaşdırılır. Təşkilatların yarıdan çoxu (52,2 faiz) informasiya təhlükəsizliyi üzrə ayrıca bölməyə malikdir, daha 16,7 faizi növbəti il ərzində bu bölmələri yaratmağı planlaşdırır, - "Cybersecurity”
www.cybersecurity.ru yazır.