Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər sosial şəbəkələrdə iki milyondan çox hesaba müdaxilə ediblər


“Mashable” onlayn nəşri yazır ki, “Google”, “Yahoo!”, “Twitter”, “Facebook” və “Linkedln” kimi populyar saytlarda iki milyondan çox hesab haker hücumuna məruz qalıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, hesab məlumatlarının ələ keçirilməsi nəticəsində ABŞ, Almaniya və Tailand daxil olmaqla müxtəlif ölkələrin istifadəçiləri zərər görüblər. Müdaxilə edilmiş hesabların əksəriyyəti (57%) “Facebook” sosial şəbəkəsinin payına düşüb, sonrakı yerlərdə “Yahoo!” (10%), “Google” (9%) və “Twitter” (3%) qərarlaşıb.

“Trustwave” firmasının informasiyasına əsasən, istifadəçilərin adları və parollar hakerlər tərəfindən zərərli proqramların köməyi ilə ələ keçirilib.

“Trustwave” firmasının nümayəndəsi Ebbi Rossun sözlərinə görə, məlumat itkisi sosial şəbəkələrin zəifliyinin nəticəsində deyil, istifadəçilərin kompüterlərində parolları oğurlayan zərərli proqramların mövcudluğunun nəticəsidir.

Emil Hüseynov





05/12/13    Çap et