Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn reklam bazarının həcmi 80,2 milyard dollar təşkil edəcək


“EMarketer” şirkətinin yeni hesabatına əsasən, cari ildə reklam xərcləri təxminən 500 milyard dollar təşkil etməlidir. Ekspertlərin proqnozlarına görə, 2011-ci ildə onlayn reklam üçün qlobal xərclər 80,2 milyard dollar təşkil edəcək. Bu, keçən ilin göstəriciləri ilə müqayisədə 17.2% artım deməkdir. Beləliklə, dünya bazarında onlayn reklamın payı 16,1%-ə çatacaq. 2015-ci ilədək isə onlayn reklamlar 132,1 milyard dollara qədər artmalıdır. Hal-hazırda Şimali Amerika 41,7% payla onlayn reklam xərcləri üzrə liderdir.


internet.cnews.ru




13/08/11    Çap et