Çinin “Huawei” şirkəti 2013-cü ilin üçüncü rübünün yekunları üzrə dünya bazarına simsiz rabitə şəbəkəsi üçün radio çıxış avadanlığının tədarükündən əldə olunan gəlirə görə liderlik edir. Bu barədə “ABI Research” analitik şirkətinin məlumatlarında deyilir.
Üçüncü rübdə şirkətin bu bazarda payı 28,1 faiz təşkil edərək 2012-ci ilin analoji dövrü ilə müqayisədə 3,8 faiz bənd artıb.
Bundan başqa, “Alcatel-Lucent” şirkəti də radio çıxış avadanlığı bazarında payını artıraraq üçüncü rübdə dünya bazarında 20,1 faizlik paya sahib çıxıb ki, bu da ona 14,9 faizlik paya sahib olan "Nokia Solutions and Networks” (NSN) şirkətini üçüncü yerdən sıxışdırmağa imkan verib.
“Ericsson” şirkəti 21,8 faizlik payla bazarda ikinci yerini qoruyub saxlayıb.
Koreyanın “Samsung” şirkəti bazarda böyük sıçrayış edərək il ərzində radio çıxış avadanlığının tədarükünü iki dəfə - dünya bazarının tədarük həcminin 9,5 faizinədək artırıb və beş iri dünya tədarükçüsü beşliyinə daxil olub.
Radio çıxış şəbəkəsi (RAN) mobil rabitə, “LTE”, mobil peyk və digərləri daxil olmaqla simsiz rabitə şəbəkəsinin tərkib hissəsidir. Radio çıxış avadanlığına baza stansiyaları (qəbuledici-ötürücü), şəbəkənin idarə olunması vasitələri – kontroller və digər qurğular aid edilir, - "Digit” yazır.