Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Barak Obama “iPhone” smartfonundan istifadəyə icazə verilməməsindən şikayətlənib
ABŞ prezidenti Barak Obama “iPhone” smartfonundan istifadəyə icazə verilmədiyinə görə şikayətlənib. “The Verge” nəşri yazır ki, dövlət başçısı bu haqda Ağ Evdə gənclərlə görüş zamanı “Obamacare” proqramı haqqında çıxış edərkən deyib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Təhlükəsizlik baxımından mənə iPhone smartfonundan istifadəyə icazə verilmir” – Obama deyib.
Nəşr xatırladıb ki, Obama hələ ABŞ prezidenti olmamışdan əvvəl “BlackBerry” brendinin smartfonlarına üstünlük verib. Lakin hazırda görünür onun seçimi yoxdur.
Emil Hüseynov
05/12/13 Çap et