Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq konfrans keçiriləcək



Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək" adlı "Tvinninq" layihəsi çərçivəsində "Torpaqların qiymətləndirilməsi, onun ölkə üçün əhəmiyyəti, problemlərin həlli" adlı beynəlxalq konfrans keçiriləcək.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilən məlumata görə, sözügedən konfrans 9 dekabr 2013-cü il tarixində saat 10:00-da "Park İnn" hotelinin konfrans zalında öz işinə başlayacaq.
Qeyd edək ki, tədbir 2 gün davam edəcək.

CAHANGİR




06/12/13    Çap et