Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu elektron poçt vasitəsilə həyata keçiriləcək



Dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilməsi nəzərdə tutulub.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə verilib.

Təhsil ictimaiyyətinin nümayəndələri, mütəxəssislər və digər əlaqədar şəxslər qurultayda müzakirəsi məqsədəuyğun hesab edilən məsələlərlə bağlı müvafiq təkliflərini "qurultay@edu.gov.az" elektron poçt ünvanına göndərə bilərlər.

CAHANGİR




06/12/13    Çap et