Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Medvedev Obamanı “iPhone”dan istifadəyə səsləyib
Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ prezidenti Barak Obamanı “iPhone”dan istifadə etməyə səsləyib. “İTAR-TASS” xəbər agentliyinin yaydığı məlumata əsasən, bu haqda Nazirlər Kabinetinin rəhbəri ölkə telekanallarına müsahibəsi zamanı deyib.
"Mən mobil telefonla yalnız məişət mövzuları üzrə danışıram" – Medvedev deyib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, jurnalistlərin ABŞ prezidentinin təhlükəsizlik baxımından “iPhone” smartfonundan istifadəsinə icazə verilməməsi ilə bağlı xatırlatmasına Medvedev deyib: "Mən Obamanı qorxmamağa çağırıram".
Emil Hüseynov
07/12/13 Çap et