Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni rabitə tarifləri yeni ildən qüvvəyə minəcək



Azərbaycanda rabitə xidmətlərinin tarifləri  2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Tarif Şurasının təsdiq etdiyi tariflərin azaldılması ilə bağlı rəsmi məlumatlar rabitə birlik və idarələrinə gələn həftə təqdim ediləcək.

"Gələn həftə rabitə birlik və müəssisələri yeni tariflərin necə tətbiq ediləcəyi haqda rəsmi məlumat təqdim edəcək. İlk növbədə qeyd etmək istərdim ki, beynəlxalq danışıqlar üzrə müxtəlif istiqamətlər üzrə bir tarif müəyyən edilib - 32 qəpik, İP-telefon üzərindən edilən zənglərin tarifi  "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə birgə müzakirə olunub müəyyən ediləcək. Telefon xidmətlərindən istifadəyə görə aylıq abunə haqları əvvəl büdcə təşkilatları üçün 3 manat, qeyri-büdcə təşkilatlarında 7 manat təşkil edirdi, bu da hansı istifadəçilərin hansı kateqoriyaya aid olmasını müəyyən etməkdə çətinlik yaradırdı. Şəffaflığı təmin etmək məqsədi ilə tariflər iki kateqoriyaya bölünüb: vətəndaşlar və təşkilatlar. Vətəndaşlar aylıq telefon xidmətləri üçün 2,5 manat, büdcə təşkilatları isə 7 manat ödəyəcəklər", - deyə o bildirib.

Aynur Vəliyeva
 




07/12/13    Çap et