“Amazon” istehlakçıların məmnunluq göstəricisinə görə şirkətlər arasında liderdir
“Amazon” şirkəti “ForeSee” reytinqində birinci yeri tutaraq 100 şirkət arasında alıcıların məmnunluq göstəricisinə görə lider olub.
“Amazon” “ForeSee” reytinqinin ilk onluğuna daxil olan yeganə texnoloji şirkətdir. Şirkətin topladığı ümumi balın sayı 87 təşkil edib, 83 bal toplayan “Apple” və “Sony” şirkətləri müvafiq olaraq 14 və 20-ci yerləri tutub. Texnoloji şirkətlərdən sonrakı yerlərdə “Google” (81 bal) və “Microsoft” (78 bal) korporasiyaları qərarlaşıb.
Bu, “ForeSee” şirkətinin apardığı ilk belə tədqiqatıdır. “ForeSee Experience Index” hesablanarkən müştərilərin loyal münasibəti, alış həcmi göstəriciləri və tövsiyələr xarakteri nəzərə alınır.
“Facebook” sosial şəbəkəsi (69 bal) “ForeSee” siyahısını tamamlayanlar arasındadır. “ForeSee” nümayəndələrinin fikrincə, bu, sosial cəmiyyətin inamının itməsinin göstəricisidir. Şirkət analitikləri güman edirlər ki, sosial şəbəkə bundan nəticə çıxarmalı və istehlakçıların məmnunluğu üçün tədbirlər görməli, eləcə də nəyin dəyişdirilməsini, nəyin isə yaxşılaşdırılmasını müəyyən etməlidir. “Amazon”un rəqibi olan “Walmart” mağazalar şəbəkəsi də 72 balla reytinqin aşağı pilləsində qərarlaşıb, - "3DNews
www.3dnews.ru” yazır.