Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”, “Facebook” və “Apple” şirkətləri ABŞ-ı məlumatları ələ keçirməyi dayandırmağa səsləyib


Amerikanın aparıcı texnologiya şirkətləri ABŞ-ı ona səsləyiblər ki, Xüsusi Xidmət Orqanları tərəfindən məlumatların ələ keçirilməsi dayandırılsın. “The Financial Times” nəşri yazıb ki, “Apple”, “Google”, “Microsoft”, “Yahoo!”, “LinkedIn”, “Facebook”, “Twitter” və “AOL” şirkətləri birgə müraciət ediblər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, şirkətlər məktubda bir sıra prinsipləri qeyd ediblər və bildiriblər ki, hökumətlər onlara əsaslanmalıdır. Qəzet yazır ki, bu müraciət bütün dünya dövlətlərinin hakimiyyətinə ünvanlanıb, lakin məhz ABŞ internetdə izləmə imkanlarına görə liderdir.
"Şirkətlər başa düşürlər ki, hökumət öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hər hansı tədbir həyata keçirməlidir, lakin biz əminik ki, cari qanun və təcrübələr dəyişdirilməlidir" – məktubda deyilir.

Emil Hüseynov
 
 
 
 
 




09/12/13    Çap et